“Anama çox bağlı uşaq idim. Onsuz bir gün də qalmırdım. Bir dəfə məni nənəmin yanına qoydular. Səhərə qədər anamın paltarını qucaqlayıb ağladım”.
OLAY yazır ki, bu sözləri müğənni Sevda Ələkbərzadə “Özəl” proqramında qonaq olarkən deyib. Onun verilişdə uşaqlıq illəri ilə bağlı xatirələrə marağa səbəb olub:
“Küsəyən uşaq olmuşam, indi belə deyiləm. Oğlanları döyməyi sevirdim, məktəbdə məndən qorxurdular. Valideynlərimi tez-tez məktəbə çağırırdılar”.