Olay
Olay

“İlk maaşımla 70 dollara anama sırğa almışdım”

“İlk maaşımla 70 dollara anama sırğa almışdım”

“Hazırda qazandığım pulu anama, ailəmə verirəm. 11 yaşımdan özüm işləyib qazanıram. Sonuncu dəfə 25 il əvvəl ondan cib xərcliyi almışam. 7-ci sinifdən sonra isə yadımda deyil”. 

OLAY yazır ki, bu sözləri müğənni Xəyyam Nisanov “Sənətdən kənar” proqramında qonaq olarkən deyib.  

Sənətçi 11 yaşından etibarən işlədiyini, ilk maaşına anasına hədiyyə aldığını qeyd edib:

“İlk qazandığım pulla anama qızıl sırğa almışdım. 70 dollar idi, hazırda anam o sırğanı saxlayır”.

Bundan əlavə, tez-tez xaricdə olan ifaçı Azərbaycandan köçmək barədə düşünmədiyini söyləyib:

“Azərbaycandan köçməyə cəhd etməmişəm. Bura bağlı insanam. Harasa gedəndə işimi görüb qayıdıram. Əcnəbi qonaqlarım da çox olur. Tez-tez İçərişəhəri gəzirəm. Onlara da gəzdirirəm. Özüm 4-cü mikrorayon ərazisində doğulmuşam. İllər sonra isə Bülbül prospektində yaşamağa başladım”.