Olay
Olay

"İş tapa bilməyənlər müğənnilik edir"

"İş tapa bilməyənlər müğənnilik edir"

Xalq artisti Zaur Rzayev gənc müğənniləri tənqid edib.

OLAY yazır ki, o, bu barədə “Xəbər-ətər” proqramında qonaq olarkən danışıb və bunları söyləyib:

“Özlərinə iş tapa bilməyənlər müğənnilik edirlər. Tənbəllik edir, başqa yerdə işləmək istəmir. Ona görə indi müğənni çoxdur. Allah bütün insanlara səs verib. Amma bu o demək deyil ki, hamı oxuyan olmalıdır. Hazırki dövrdə üç günə məşhur olmaq mümkündür. Bunun üçün 3-4 notdan ibarət bir mahnı tapıb, iddialı danışmalısan”.