Video
Video

“Heç vaxt müğənnilik iddiasında olmamışam”

“Heç vaxt müğənnilik iddiasında olmamışam”

“Bəri başdan deyim ki, müğənnilik iddiasında deyiləm və heç vaxt da olmamışam. Hər halda indiyə
qədər bunu reallaşdıra bilərdim - istək və ehtiyac olsaydı”. 

OLAY yazır ki, bu sözləri aparıcı Leyla Quliyeva feysbuk sosial şəbəkəsində yazıb. O, aparıcısı olduğu “Söhbət musiqidən gedir” proqramında tez-tez mahnı oxumasına aydınlıq gətirib. 

Leyla müğənnilik iddiasında olmadığını vurğulayıb:

“Amma musiqi mənim özünüifadə və özünümüalicə üsulum olduğu üçün hərdən zümzümə edirəm. Bu dəfə istedadlı dostlarla nəsə ərsəyə gətirdik”.  

Qeyd edək ki, L. Quliyeva paylaşdığı görüntülərdə musiqisi Səid Rüstəmov, sözləri Süleyman Rüstəmə aid “Qurban adına” mahnısını ifa edib.