Olay
Olay

Brilliant Dadaşova tənqidlərə cavab verdi

Brilliant Dadaşova tənqidlərə cavab verdi

Xalq artisti Brilliant Dadaşova son günlər “Səs Azərbaycan” yarışmasındakı münsifliyi ilə sosial mediada müzakirə obyektidir.

OLAY yazır ki, əvvəlcə onun müsabiqə zamanı pop və rok janrlarını səhv salması, daha sonra Vətən müharibəsi iştirakçısı Nicat Tağıyevin performansı zamanı ayağa qalxmaması tənqid olunmuşdu.

Sənətçi bir neçə gündür susma mövqeyi sərgiləsə də, ötən gecəki paylaşımı ilə diqqət çəkib.

“Şair çox gözəl deyibmiş – sevənlərin qəlbində, gözü götürməyənlərin isə boğazında tıx olub qalarıq. Nəticədə hər iksi varlığımızın əhəmiyyətini, gücünü əks etdirir”, - deyə, B.Dadaşova İnstaqramda yazıb.