Media
Media

Vətən müharibəsi iştirakçısı “Səs”ə qatıldı - VİDEO

Vətən müharibəsi iştirakçısı “Səs”ə qatıldı - VİDEO

“Səs Azərbaycan” beynəlxalq layihəsində marağa səbəb olan iştirakçılardan biri Nicat Tağıyev olub.  

OLAY yazır ki, o, 44 günlük Vətən müharibəsi iştirakçısı olub, Suqovuşan və Talış uğrunda gedən döyüşlərdə iştirak edib.  

Nicat yarışmada xalq mahnısı olan “Xarıbülbül”ü səsləndirib.  

Ona dörd münsifdən yalnız Xalq artisti Tünzalə Ağayeva dönüb. Bununla da, Tağıyev bir başa sənətçinin komandasına daxil olub.