Olay
Olay

Brilliantın popu rokla səhv salması müzakirə yaratdı- VİDEO

Brilliantın popu rokla səhv salması müzakirə yaratdı- VİDEO

Bu gündən etibarən İctimai TV-nin efirində dünyaca məşhur “Səs” layihəsi start götürüb. 

OLAY yazır ki, “Səs Azərbaycan” yarışmasına qatılan ifaçılar vokal imkanlarını sərgiləyərək 4 ustad- Xalq artistləri Brilliant Dadaşova, Tünzalə Ağayeva, müğənni Eldar Qasımov və bəstəkar-müğənni Murad Arifin onlara tərəf çevrilmələri üçün mübarizə aparıblar.  

Proqramın ilk buraxılışında layihənin qaydalarına uyğun olaraq həm yerli, həm də xarici ifalar səsləndirilib.  

Müsabiqə maraqlı məqamlarla da yadda qalıb.  Belə ki, “Səs Azərbaycan”a qatılan 17 yaşlı Nazilə Əliyeva dünyaca məşhur “Bang bang” mahnısını səsləndirib.

Yüksək səs imkanı olan Naziləyə təkcə B. Dadaşova dönüb. Maraqlısı odur ki, gənc müğənninin pop tərzində oxuduğu mahnını Dadaşova rok kimi qələmə verib. 

Onun sözügedən çıxışı sosial şəbəkələrin də gündəmini zəbt edib.  

Sənətçinin kiçik səhvini Murad Arif düzəltməyə çalışsa da, Dadaşova fikirlərində israrlı olub və musiqinin rok janrına aid olduğunu vurğulayıb. 

Qeyd edək ki, “Bang bang” “My everything” albomuna daxil olan pop janrında yazılan mahnıdır.  Bəstə ictimaiyyətə 2014-cü ildə təqdim olunub və ifaçıları Ariana Qrande, Niki Minaj və Cessi Ceydir. 

Mahnı “Qremmi- ilin layihəsi” mükafatını qazanıb.