Fotosessiya
Fotosessiya

“İTV təklif etdi ki, “Səs”ə qatılım” - Müharibə iştirakçısı danışdı

“İTV təklif etdi ki, “Səs”ə qatılım” - Müharibə iştirakçısı danışdı

Xəbər verdiyimiz kimi, 44 günlük Vətən müharibəsi iştirakçısı Nicat Tağıyev “Səs Azərbaycan” beynəlxalq layihəsinə qatılıb. Nicat yarışmada “Xarıbülbül” xalq mahnısını ifa edib. O, Xalq artisti Tünzalə Ağayevanın komandasını seçib.

N.Tağıyev OLAY-a açıqlamasında “Səs Azərbaycan” yarışmasına qatılmağı ona İctimai TV-nin təklif etdiyini söyləyib:

“Müharibə zamanı videolarımız sosial şəbəkələrdə yayıldı. Bizi İTV-nin “Xarıbülbül” layihəsinə dəvət etdilər və yarışmada oxuduğum mahnını səsləndirdim. “İctimai”nin əməkdaşları məsləhət gördülər ki, “SƏS”ə qatılım. Nəticədə müsabiqədə iştirak etdim və Tünzalə Ağayevanın komandasına qəbul edildim. Elə ağlımda Tünzalə xanım vardı. Münsiflərin dördü də dönsə, onu seçəcəkdim. Komandasına qatılmaq istədiyim ustad mənə tərəf çevriləndə isə çox sevindim”.

 Nicat onu da əlavə edib ki, İkinci Qarabağ savaşında ordu sıralarına könüllü yazılıb:

“Savaşa 2020-ci ilin sentyabrında yollandım, 2021-ci il yanvarın 9-da qayıtdım. Talış və Suqovuşan  istiqamətində gedən döyüşlərdə oldum. Müharibədən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildim”.