Olay
Olay

Avroviziya təmsilçisi Saakaşvilidən uşaq dünyaya gətirib

Avroviziya təmsilçisi Saakaşvilidən uşaq dünyaya gətirib

Gürcüstanı 2010-cu ildə Avroviziya mahnı müsabiqəsində təmsil edən Sofi Nijaradzenin qızının atası keçmiş Prezident Mixail Saakaşvilidir. 

OLAY yazır ki, bu barədə ölkənin eks-lideri mətbuata açıqlamasında qeyd edib.   

O, nikahdan kənar yaranan münasibətdən Alisa Mariyanın dünyaya gəldiyini bildirib.  

Şok açıqlamadan sonra Gürcüstan mətbuatı Alisa Mariya Saakaşvili adlı qızın görüntülərini dərc etməyə başlayıb. 

Mətbuatın yazdığına görə, 2014-cü ildə Saakaşvili çoxdankı tanışı Nijaradze üçün Nyu-Yorkda 2 milyon dollar dəyərində mənzil alıb. Gündəmi zəbt edən mövzu barədə Saakaşvilinin rəsmi həyat yoldaşı Sandra Rulofsa isə səssiz qalmağı seçib. 

Qeyd edək ki, Mixail Saakaşvili hazırda Rustavi şəhərində həbsxanadadır. Bir gün əvvəl onun Qori şəhərindəki hərbi hospitaldan ora köçürüldüyü barədə məlumat yayılıb.

Saakaşvili sentyabrın 29-da gizli şəkildə Gürcüstana gəlib. Oktyabrın 1-də o, Tbilisidə saxlanılıb, bundan sonra Rustavi həbsxanasına yerləşdirilib və orada aclıq aksiyası keçirib.