Bu gün Parisdə “Uşaq Avroviziyası - 2021” mahnı müsabiqəsi keçirilib.
OLAY yazır ki, müsabiqədə ölkəmizi “One of those days” mahnısı ilə Sona Əzizova təmsil edib.
Müsabiqədə ölkələrin səsverməsinə əsasən, İtaliya və Ukrayna ən yüksək - 12 xalı Azərbaycana verib. Azərbaycan isə ən yüksək - 12 xalı Rusiyaya göndərib.
Ölkəmiz İtaluyaya 1, İspaniyaya 2, Polşaya 3, Maltaya 4, Bolqarıstana 5, Ukraynaya 6, Gürcüstana 7, Qazaxıstana 8, Makedoniyaya isə 10 bal verib.
Builki müsabiqənin qalibi "Qami qami" mahnısı ilə Ermənistan təmsilçisi Malena (224 xal) oldu. Azərbaycan 151 xalla beşinci yeri tutub. İkinci pillədə Polşa (218), üçüncü yerdə Fransa (197), dördüncü yerdə isə Gürcüstan (163) qərarlaşıb.