Olay
Olay

Anası Bəxtiyarın gizli evliliyindən danışdı

Anası Bəxtiyarın gizli evliliyindən danışdı

MDB-də məşhur olan azərbaycan əsilli Jah Khalibin (Bəxtiyar Məmmədov) anası Ləzzət Məmmədova Qazaxıstanın “Vremya”ya qəzetinə müsahibə verib.   

OLAY yazır ki, ixtisasca jurnalist olan L. Məmmədova bir müddət Qazaxıstan televiziyasında çalışdığını, 90-ci illərin əvvəlində həyat yoldaşı Hüseyn Məmmədova neft məhsulları ilə bağlı biznesinə kömək etdiyini bildirib:

“Böyük oğlumuz Sanjarın 12 yaşı olarkən Bəxtiyar dünyaya gəldi və mən cəmi bir neçə ildən sonra iş fəaliyyətimə qayıtdım. Uşaqlarımı hər yerə özümlə apardım ki, yaradıcı mühitdə inkişaf etsinlər. Bəxtiyar Batır Şukenovun konsertdə saksafonda ifa etdiyini dedi. Bunu söyləyən kimi onu dərhal musiqi məktəbinə saksafon çalmağa göndərdik”.

L. Məmmədovanın sözlərinə görə, Bəxtiyara rep sevgisini böyük qardaşı aşılayıb:

“Sanjar uşaqlıqdan çox oxuyub, əlaçı olub, imtahandan maksimum bal toplayıb, əla qiymətlərlə bitirib, İngiltərəyə oxumağa gedib. 

Bəxtiyar o vaxtlar dəbdə olan “Kasta” qrupunun və ifaçı 50 Centin ən yaxşı disklərindən xəbərdar oldu. Oğlum istər-istəməz repi anlamağa başladı. Və sonra o dövrün yeniyetmələri mahnı bəstələdikləri və öz mini-studiyalarını yaratmaq üçün həvəs göstərməyə başladılar”.

Ləzzət Məmmədova deyir ki, Bəxtiyarın atası onun musiqiyə başlamasına dəstək olub, hətta avadanlıq pulu da verib, eyni zamanda oğlunun onun yolunu davam etdirərək neftçi olmasını istəyirmiş:

“Hərdən ərim mənə hiyləgərcəsinə deyirdi: “Bu nədir? Bütün günü “dın, dın, dın!”,- eşidirəm. Amma izah etdim: “Uşağın xoşuna gəlir, onun əlinə vurmaq lazım deyil”. 

Universitetə getmək vaxtı gələndə və peşə seçmək məsələsi ortaya çıxanda atası ümumiyyətlə deyirdi: “Mənə Bethovenlər lazım deyil. Kişi ciddi bir peşə sahibi olmalı və pul qazanmalıdır!" Ona görə də biz sənədləri gizli şəkildə konservatoriyaya verdik və yalnız bundan sonra hər şeyi etiraf etdik”.

Bir il əvvəl sənətçinin gizli evlənməsi xəbərinə də münasibət bildirib:

“İki il əvvəl oğlum zəng edib dedi: “Mən tək gəlməyəcəyəm, evlənmək istəyirəm”. 2019-cu ildə Mariya ilə belə tanış olduq. O, əslən Odessadan olan ukraynalıdır, həm də musiqiçidir. Musiqiçilər üçün milliyyətin əhəmiyyəti yoxdur. Sevinirəm ki, oğlum Mariya ilə xoşbəxtdir. Avqust ayında dostları ilə Türkiyədə istirahət etdilər. Çoxları Bəxtiyarın həyat yoldaşını gizlətdiyinə inanır. Ancaq düşünürəm ki, o, gizlətmir, qoruyur”