Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim ikinci dəfə ailə qurur.
OLAY yazır ki, bu barədə M. İsgəndərlinin eks-gəlini Canana instagramda məlumat verib.
Paylaşılan fotolarda Əməkdar artistin övladı üçün elçi getdiyi, Kərimin Aysel adlı xanımla evlənməyə hazırlaşdığı məlum olub.
Qeyd edək ki, Kərim Canana ilə bu ilin oktyabrında boşanıb. Onların bu nikahdan 3 övladı dünyaya gəlib.