Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana uşaqlara qəyyumluğun ataya verilməsindən narazıdır.
OLAY yazır ki, o, sosial şəbəkədə status paylaşaraq uşaqları-Ruhlan, Tuncay və Mətanətin ataları Kərim Həmidovun himayəsində qalmasına etiraz edib.
Canana Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının üzvü Aynur Abbasova imzalı sənədin sürətini yayaraq qərarın düzgün verilmədiyini vurğulayıb.
Sənəddə qeyd olunur ki, nikahın pozulması, boşanandan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 7.6-cı bəndinə əsasən tövsiyə edilir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur.
Tərəflərin izahatlarını, həyat şəraitinin müayinə edilməsinin nəticələrini, uşaqların fikirlərini, artıq vərdiş etdikləri şəraitdə və birlikdə yaşamalarının təmin olunmasını, uşaqların atasına və bir-birinə olan emosional bağlılığını nəzərə alaraq onların ataları Kərim Həmidovun himayəsində qalmaları məqsədəmüvafiq hesab edilir.