IMDB xalq səsverməsi ilə ilin ən çox səs gətirən adlarını açıqlayıb.

OLAY sözügedən siyahını təqdim edir:

Ceymi Kempbell Bauer

“Stranger Things” serialına 4-cü sezonda daxil olan ingilis aktyor obrazının serialdakı yüksəlişi ilə bəyənilib.

İlin ən səs-küylü 10 aktyoru

Zoe Kravitz

Məşhur sənətçi bu il “Betmen” filmindəki pişik qadın obrazı və “High Fidelity” serialı ilə müzakirə olunub.

İlin ən səs-küylü 10 aktyoru

Lili Ceyms

İngilis aktrisa Pamela Endersonun həyatından bəhs edən “Pam & Tommy” serialı ilə gündəmə gəlib.

İlin ən səs-küylü 10 aktyoru

Austin Batler

Rokn Roll əfsanəsi Elvis Preslidən bəhs edən “Elvis” filmində ikonanı canlandıran amerikan sənətçi bu il xeyli müzakirə olunub.

İlin ən səs-küylü 10 aktyoru

Milli Bobbi Braun

“Stranger Things” və “Enola Holmes” kimi layihələrlə tanınan ingilis aktrisa bu il həm şəxsi həyatı, həm də karyerası ilə çox gündəmdə olub.

İlin ən səs-küylü 10 aktyoru

Culia Qarner

“Ozark” serialındakı roluyla xeyli mükafata layiq görülən aktrisa “Madonna” bioqrafik filmində məşhur müğənnini canlandıracaq.

İlin ən səs-küylü 10 aktyoru

Cozef Kvin

“Stranger Things” serialına 4-cü mövsümdə daxil olan Eddi Manson obrazı ilə fanatların kumiri olub.

İlin ən səs-küylü 10 aktyoru

Milli Alkok

“Game of Thrones”un əvvəlindən bəhs edən “House of Dragon”da Emma Darsinin gəncliyini canlandıran sənətçi performansı ilə hər kəsi heyran etdi.

İlin ən səs-küylü 10 aktyoru

Emma Darsi

“House of Dragon”da rol alan ingilis aktrisa bu ilin ən çox müzakirə edilən simalarından biridir.

İlin ən səs-küylü 10 aktyoru

Ana de Armas

Merilin Monronun bioqrafiya filmi “Blonde”la müzakirə edilən aktrisa “Ceyms Bond” və “Knives out” layihələri ilə də gündəmə gəlib.

İlin ən səs-küylü 10 aktyoru İlin ən səs-küylü 10 aktyoru