“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyevanın “Ruhinin mətbəxi” adlı layihəsinin növbəti buraxılışı yayımlanıb.
OLAY yazır ki, verilişin qonağı Əməkdar artist Dilarə Əliyeva olub. Aktrisa mərhum həyat yoldaşı, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevdən və qayınanası Xalq artisti Elmira İsmayılovadan danışıb:
“Yemək bişirməyi qayınanamdan öyrənmişəm. Borş, sous, şilə plov, səbzi qovurmalı aş, püre, peraşki, kartof qızartmasına qədər, hər şeyi ondan öyrənmişəm. Biz 14 il qayınanamla birgə yaşamışıq, 18 yaşımda ailə qurmuşdum. O necə edirsə, elə öyrənirdim. Hətta Oqtay da başqa adam yemək bişirəndə xoşlamırdı, mən bişirəndə yeyirdi. Çünki onun anası kimi yemək bişirirdim”.