Bir müddət əvvəl ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılova aparıcı Zaur Baxşəliyevdən incidiyini bildirib.
OLAY yazır ki, bu haqda "Tarixin bir günü" proqramında danışan sənətçi aparıcının onun haqqında efirdə dediyi "Dostluq etməsək də, yaxın münasibətimiz olmasa da həqiqətən xətrini sevirəm" sözlərindən incidiyini bildirib:
"Bir aparıcı dostumuzdan çox incidim. Onu çox istəyirdim, indi də istəyirəm. Çox yaxın olmuşuq. Ya de, təbrik edirəm, lap yaxşı... Biz onunla yaxın deyilik nə deməkdir ki? Məni istəyənə də, istəməyənə də təşəkkür edirəm. Axı evimdə dəfələrlə olmusan. Sənin verilişində nə qədər insana yardım etmişəm. Zauru həqiqətən bir, iki gün yox, neçə ildir, bəlkə də 20 ildən çoxdur tanıyıram. Onun o sözü məni çox incitdi, təsir elədi. Desəydin ki, dostumdur, nə olacaqdı?".