Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə rejissor xanımı Səidə Haqverdiyeva boşanıb.

OLAY yazır ki, bu barədə S. Haqverdiyeva məlumat yayıb:

“Artıq Rəşad Əhmədzadə ilə nikahıma xitam verildi. İndi isə əziz teatrımla yollarımı ayırdım və işimdən ayrıldım. Məni 10 illik ailəmi, 15 illik peşə yolumu tərk etməyə məcbur edənlərin nəzərinə: bundan sonra məni heç nə ilə qısnaya, psixoloji təzyiq altına ala, susdurmağa cəhd göstərə bilməyəcəksiniz. Mən başıma gələn hər şeyi açıq və aydın şəkildə yazacağam. Heç nəyi gizlətmədən. Bütün təfərrüatı ilə!”.

Səidə Haqverdiyeva boşandı və işdən çıxdı…