Yer atmosferinə daxil olan səma cisimləri 14 dekabr - bazar günü öz pik həddinə çataraq "Əkizlər" meteor yağışını yaradacaq.

OLAY News24.az-a istinadən yazır ki, mütəxəssislər meteor yağışının teleskop olmadan da müşahidə edilə biləcəyini bildirirlər. Bunun üçün işıq çirklənməsindən uzaq, açıq hava şəraiti kifayətdir.

Meteorlar atmosferə saatda 260 min km sürətlə daxil olacaq və aydın gecədə saatda 120-yə yaxın meteorun görünməsi mümkündür. Hadisənin təsirləri 20 dekabradək davam edəcək.

"Əkizlər" meteor yağışı ilk dəfə XIX əsrdə qeydə alınıb və dünyanın ən güclü illik meteor yağışlarından biri hesab olunur