Əməkdar artist Gülzar Qurbanova YUĞ teatrının bina problemi ilə bağlı paylaşım edib.

OLAY yazır ki, aktrisa teatrda çəkilən arxiv fotosunu paylşaraq bu sözləri yazəb:

“Gördüyünüz bu şəkil nə vaxtsa XIX əsrdə inşa olunmuş, Bakı milyonçusu Murtuza Muxtarov 83 ünvanında yerləşən tarixi köhnə hamam olan, 2003-cü ildən etibarən Azərbaycan Dövlət “YUĞ” Teatrının məskunlaşdığı məkanda 2005-ci ildə çəkilmiş və divardan ağ-qara asılmışdı. Vaqif İbrahimoğlu günlərimdən qalan xatirələr...

Dahi Ustadım! 35 il teatrla birlikdə yaşamaq, onun hər uğuruna, hər çətinliyinə şahid olmaq böyük bir ömürdür. Görəsən 36 yaşlı “YUĞ” teatrı nə vaxt bina ilə təmin olunacaq?”.