Xalq artisti Tünzalə Ağayeva yeni “Ehtiyacımsan” adlı mahnısını təqdim edib.
OLAY yazır ki, sənətçi yeni işi barədə sosial media hesabında yazıb:
“Dəyərli dinləyicilərim, yeni mahnım “Ehtiyacımsan” artıq rəsmi “YouTube” kanalımda və bütün rəqəmsal platformalarda onlayndır. Orxan Bahadırsoy müasir ədəbiyyatımızın ən kreativ, maraqlı şairlərindəndir, “Yağış yağdıram” adlı kiçik poemasına trep janrında musiqi bəstələdim. İfa tərzi olduqca mürəkkəb və maraqlıdır. Müasir musiqidə uğurlu yeniliklər etməyi bir sənət missiyası bilmişəm”.
Qeyd edək ki, mahnının aranjımanı Emin Kərimə məxsusdur.