Rusiyada "xarici agent" kimi tanınan televiziya aparıcısı və şoumen Maksim Qalkin ukraynalı müğənni Svetlana Lobodanın ad günü mərasimində iştirak edib.
OLAY yazır ki, bu barədə “Алена, Блин” adlı Telegram kanalı məlumat yayıb. Tədbir zamanı Qalkin və Loboda birgə səhnəyə çıxaraq ukrayn dilində mahnılar ifa ediblər və qonaqlarla birlikdə rəqs ediblər. Sosial şəbəkələrdə onların çıxışından video görüntülər yayılıb.
Xatırladaq ki, 2022-ci ildə həm Loboda, həm də Qalkin Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına qarşı çıxmışdı. Loboda bildirib ki, hələ də Alla Puqaçovanın həyat yoldaşı ilə əlaqə saxlayır və onun Ukraynanı dəstəkləmək qərarına hörmətlə yanaşır.