Rusiyada tanınan əslən azərbaycanlı məşhur müğənni Coni (Cahid Hüseynli) uzun fasilədən sonra bir xanımla birlikdə görüntülənib.

OLAY yazır ki, sosial şəbəkələrdə ifaçının məşhur bloger və tiktoker Sabina Xayrova ilə münasibətdə olduğu barədə iddialar yayılıb. Bu iddialara səbəb onların "Comedy Club" çəkilişləri zamanı eyni masada əyləşmələri olub.

Görənlərin sözlərinə görə, Sabina ifaçıya qarşı açıq şəkildə diqqət göstərib, onun söhbətlərini heyranlıqla izləyib. Qapalı və şəxsi həyatını mediadan uzaq saxlayan Coni üçün bu görüntülər nadir hal sayılır. İzləyicilərin fikrincə, bu dəfə vəziyyət fərqlidir və müğənni həqiqətən də aşiq olub.

Qeyd edək ki, JONY bir neçə il əvvəl verdiyi müsahibədə ailə qurmaq və çoxuşaqlı ata olmaq istədiyini bildirib:

"Bir övladım olsa xoşbəxt olaram, amma yeddi olsa - daha da çox".

Coni  ilk dəfə xanımla görüntüləndi Coni  ilk dəfə xanımla görüntüləndi