Rusiyalı tanınmış televiziya aparıcısı Kseniya Sobçak Bvlgari Resort Dubai otelində keçirdiyi istirahət barədə təəssüratlarını bölüşüb.

OLAY yazır ki, sosial mediada öz villasından virtual tur təqdim edən Sobçak mükəmməl xidmət və detallara olan diqqəti yüksək qiymətləndirib:

"Burada hər şey idealdır — personalın qonaqpərvərliyindən tutmuş, xırdalıqlara qədər hər şey düşünülüb", — deyə qeyd edib.

O, villanın funksional planlamasını da xüsusi vurğulayıb və bunun ailəvi istirahət üçün çox əlverişli olduğunu bildirib. "Bütün sahələr bir-biri ilə birləşdirilib, bu da otaqlar arasında gəzişməyə vaxt sərf etməməyə imkan yaradır", — deyə bildirib.

Lakin Sobçakı ən çox sevindirən isə şəxsi terras olub: "Terrasdan birbaşa çimərliyə çıxış var. Tətil sadəcə möhtəşəmdir", — sözlərini əlavə edib.

Məlumata görə, Bvlgari Resort Dubai-də otaqların qiymətləri kateqoriyadan asılı olaraq dəyişir. Standart otaqlar gecəlik təxminən 14 min rubl (təqribən 270 manat) təşkil edirsə, bir yataq otaqlı sahil villasının qiyməti 500 min rubldan (təxminən 10 min manat) yuxarıdır.