Video
Video

Gülşenə cinayət işi açıldı

Gülşenə cinayət işi açıldı

Uzun müddətdir səhnə geyimləri ilə gündəmdə olan türk müğənni Gülşenin ətrafındakı qalmaqallar səngimək bilmir.

OLAY yazır ki, bu dəfə sənətçi barədə İstanbul Cümhuriyyət Baş Prokurorluğunda araşdırma başladılıb.

Buna səbəb isə onun konsertlərindən birində İmam Hatip liseyinin məzunları barədə dediyi sözlər olub.

Gülşen konsert zamanı birini nəzərdə tutaraq “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, - deyə, bildirib.

Sənətçinin bu sözləri həmin liseyi oxuyanları və məzunlarını, həmçinin, dindarları qəzəbləndirib. Tvitterdə Gülşenin həbs olunması üçün #gulsentutuklansın həşteqi ilə yüzlərlə paylaşım edilib.

Müğənni isə hələ ki bununla bağlı heç bir açıqlama verməyib.