Video
Video

Ebru səhnədə anası üçün ağladı 

Ebru səhnədə anası üçün ağladı 

Bir müddət əvvəl anasını itirən Türkiyənin məşhur müğənnisi Ebru Gündeş səhnədə çətin anlar yaşayıb.

OLAY yazır ki, ifaçının anası vəfat etdikdən sonra ilk dəfə ötən gün konserti baş tutub. 

Ebru səhnədə olarkən səsləndirdiyi mahnının “Kaş ki yanımda olsaydın, canım, sənin üçün çox darıxıram” sözlərində göz yaşlarını saxlaya bilməyib. Sənətçi ifasını dayandıraraq hönkür-hönkür ağlayıb. Çıxışına davam edə bilməyən müğənni səhnəni komandasına həvalə edərək fasilə verməli olub.

Qeyd edək ki, Gündeşin anası Müjgan Bilgin 73 yaşında koronavirusdan vəfat edib.