Türk müğənni Ebru Gündeşin koronavirusdan vəfat edən anası Müjgan Bilgin ötən gün dəfn olunub.
OLAY yazır ki, Ebru dəfn mərasimində kədərli halda görüntülənib. Onu çətin günündə tanınmış dostları da tək qoymayıb. Bir neçə dəfə duet ortağı olan Murat Boz da sənətçinin yanında olub.
Qeyd edək ki, Gündeşin anası ilə küslü olduğu söylənilirdi.