Video
Video

Byanka sinə əməliyyatı etdirdi

Byanka sinə əməliyyatı etdirdi

Rus estradasının epotajlı ulduzu Byanka sinəsini əməliyyat yolu ilə kiçildəcəyini açıqlayıb.

OLAY yazır ki, bu haqda sənətçi instaqram səhifəsində yayımladığı videoda danışıb.

Byanka bildirib ki, bıçaq altına uzanaraq altıncı ölçülü sinəsini dəfələrlə kiçildəcək. 

Bir neçə saat əvvəl əməliyyat olunduğunu açıqlayan estrada ulduzu özünü yaxşı hiss etdiyini və uğurlu nəticə əldə etdiyini söyləyib. 

Xatırladaq ki, Byanka ötən il artıq plastik əməliyyat keçirib. Daha sonra sənətçi əməliyyatın köməyi ilə arzuolunmaz çəkidən xilas olmaq qərarına gəlib. Nəticə özünü çox gözlətməyib: müğənni tanınmaz dərəcədə dəyişib və pərəstişkarlarına yeni özünü göstərməkdən yorulmayıb. 

Arıqladıqdan sonra Byanka əvvəlki çəkisini saxlamağın onun üçün asan olmadığını gizlətməyib. O, hormonal balanssızlıq səbəbindən kökəldiyini bildirib.