“Bez bebek” serialında “Yağmur” obrazını canlandıran gənc aktrisa Asena Keskinci açıqlamaları ilə gündəm olub.

OLAY yazır ki, o atası Güray Keskinci və eyni serialda baş rolu canlandıran aktrisa Evrim Akının münasibət yaşadığını bu sözlərlə dilə gətirib:

“Bilirsiniz ki, mən uşaq uşaq vaxtı bir serialda rol aldım. Bu serialın baş rolunu canlandıran aktrisa haqqında sizə məlumatlar verəcəm. O vaxtlar anam və atam boşanma prosesində idi. O aktrisa da mənə psixoloji şiddət göstərərək səni burdan qovdursam küçədə qalarsan deyirdi. İş vaxtı gəlib saçımı yolurdu, məni çəkiliş vaxtı yerə atmışdı. İşçilər onun ağır dərman aldığını deyib onu yola verməyimi xahiş edirdilər. Serial bitəndən sonra da əl çəkmədi məndən. Anamdan gedib onları barışdırma bəhanəsi ilə atamın nömrəsini alıb və münasibətə başlayıblar. Mən anladım ki, o xəstə deyil, sadəcə pis insandır. O vaxtdan etibarən də eyni evdə yaşayırlar.