Mərhum xanəndə Səxavət Məmmədovun oğlu Şəhriyar illər sonra ilk dəfə atasının qəbrini ziyarət edib.
OLAY yazır ki, o, atasının Ağdamda yerləşən məzarının başında göz yaşı töküb. Bu anlar isə videoya alınıb.
Qeyd edək ki, birinci ailəsindən dünyaya gələn oğlu sənətçinin ölümündən 23 il sonra meydana çıxıb. 2014-cü ildə ATV-də yayımlanan “Öz aramızda” verilişinə qatılan sürücü işlədiyini deyən Şəhriyar uşaq yaşlarından çətinlik çəkdiyini də açıqlayıb.
Onu da bildirək ki, sənətçinin böyük oğlu Bəxtiyar Məmmədov isə hazırda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşıdır və Azərbaycan Respublikasının İtaliyadakı səfirliyində çalışır.