Son zamanlar ən çox baxılan “Netflix” serialı “Squid Game” çılğınlığı Azərbaycandan da yan ötməyib.
OLAY yazır ki, sosial mediada trendə çevirilən videolardan birini də Xalq artisti Ramiz Novruzun nəvəsi Ayan Şəfəq ərsəyə gətirib.
O, makiyajla ekran işindəki qatil gəlincik obrazına bürünüb.
Qeyd edək ki, Ayan aktyorun qızı, tanınmış stilist-vizajist Şəfəq Novruzun övladıdır.