Son günlər gündəmdə olan Gülşen səhnə geyimlərinə görə onu tənqid edənlərə cavab verib.
OLAY yazır ki, ötən gün konsert verən sənətçi "Səhnəyə bikini və tumanla çıxmasınlar" deyən həmkarı İzzet Yıldızhan və başqalarının fikirlərinin vecinə olmadığını göstərib.
Belə ki, Gülşen səhnəsinə parıltılı bikini və şəffaf donla çıxıb. Gecədə rəqsləri ilə diqqət çəkən Gülşen sosial mediada gündəm olub.
Bu görüntüləri paylaşanlar müğənninin bu libası İzzet Yıldızhanı daha da əsəbiləşdirmək üçün etdiyini yazıb.