Video
Video

Gəlin və bəy toyunda yüksəklikdən yerə düşdü - VİDEO

Gəlin və bəy toyunda yüksəklikdən yerə düşdü - VİDEO

Hindistanda film kimi hadisə baş verib. Belə ki, bir toyda gəlin və bəy yelləncəklə səhnə şou etmək istəyib. Lakin onların bu addımı qəza ilə nəticələnib.

OLAY xarici KİV-ə istinadən yazır ki, cütlüyün şousu zamanı yelləncəyin ipləri yanaraq qopub.

Nəticədə gəlin və bəy 4 metr yüksəklikdən yerə yıxılıb. Cütlüyün yıxıldığını görən qonaqlar təlaşlanıb, kömək üçün səhnəyə qaçıblar.

Gəlin və bəyin yüngül xəsarət aldığı bildirilib.