Video
Video

“Bacı-qardaşlarımı övladlarımdan çox sevmişəm”

“Bacı-qardaşlarımı övladlarımdan çox sevmişəm”

Xalq artisti Nazpəri Dostəliyeva bacısı Zeynəb Dostəliyevanın vida mərasimində jurnalistlərin suallarını cavablandırıb.

OLAY yazır ki, sənətçi bacısının son günlərdən bəhs edib. O deyib ki, qripə yoluxduqdan sonra mərhum Dostəliyevada bir sıra xəstəliklər üzə çıxıb:

“Uzun müddətdir hepatiti var idi. Ara-sıra müalicə olunurdu. Bir az başısoyuqluq edirdi. Sonunda qaraciyəri məhv elədi. Həm də qrip olmuşdu, 2 həftə qızdırma içində evdə yatmışdı. Mən onlara gedəndə vəziyyəti pisləşmişdi, trompu yarandı, boğazında zəhərli zobu var idi. Hamısı üzə çıxdı. Ümidsiz vəziyyətdə həkimə apardım. Həkimlər müdaxilələr edərək iki həftə yaşada bildi.

Dünən səhər 9-da mənə xəstəxanadan zəng etdilər ki, böyrəklərin ikisi də fəaliyyətini dayandırıb. Mən yenə xəstəxanaya qaçdım, müdaxilə etdilər. Axşam saat 9-a qədər də yaşada bildik. Oğlu Orxandan narahat idi. Mən bilmədən ona rahatlıq verdim. Dedim ki, sənin mənim kimi bacın var. Orxanı da evləndirəcəm, ona ev də alacam. Elə sevindi ki... İlk dəfə idi onun gözlərində sevinc görürdüm. Dedi, gözüm arxada qalmayacaq, bilirəm ki, balalarımın, nəvələrimin sahibi sən olacaqsan. Nə yaxşı ki, son anında mən onu sevindirə bildim. Bacı-qardaşlarım mənə övladlarımdan artıq olub, həmişə onları qorumağa çalışmışam. Onları övladlarımdan çox istəmişəm, çünki ata-anamın yadigarlarıdır. Allah məni həmişə sevib, kömək olub, yenə olacaq. Sevinc adlı bir qız zəng vurdu, dedi, Nazpəri xanım 28 yaşım var, bütün orqanlarım təmizdir. Ciyər, ya da böyrək lazımdırsa, bağışlayım. Səni tanımıram, amma minnətdarlığımı bildirirəm, xoşbəxt ol, qızım. Bir qız da zəng edib eyni sözləri dedi. Bu sevgi mənə Allahdan sonra güc-qüvvə verir”.

Müxbir: Dilşad Bəhruzqızı

Foto/Video: Hüseyn Həsənov