Bloger Hüseyn Həsənov (Gusein Gasanov) Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında yenidən axtarışda olan şəxs kimi qeyd olunub.

OLAY yazır ki, Rusiya DİN məlumatına görə, Həsənov Cinayət Məcəlləsinin maddələrindən biri üzrə axtarılır, lakin konkret maddə nömrəsi göstərilmir.

Xatırladaq ki, bu ilin may ayında Moskvanın Çertanovski Rayon Məhkəməsi bloqer barəsində qiyabi həbs qərarı çıxarmışdı. O, xüsusilə iri məbləğdə gəlir vəsaitlərinin leqallaşdırılmasında (yuyulmasında) ittiham olunur. Bu maddə üzrə ona yeddi ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Həmin vaxt Rusiya DİN artıq onu axtarışa vermiş və nazirliyin elektron bazasında bloqerin şəxsi məlumat kartı yerləşdirilmişdi.

Daha sonra Hüseyn Həsənov öz açıqlamasında bildirib ki, “hadisə o qədər də dramatik deyil”, çünki vergi ilə bağlı məsələləri ötən il həll etdiyini və vəkillərinin vəziyyət üzərində işlədiyini söyləmişdi.

Lakin mətbuat qısa müddət sonra müəyyənləşdirmişdi ki, Həsənov Moskvanın mərkəzindəki üçotaqlı mənzilini 100 milyon rubla satıb və bundan sonra Rusiyadakı bütün biznes aktivlərini itirib.

2024-cü ildən etibarən Hüseyn Həsənov Rusiyada yaşamır — bəzi mənbələr onun Azərbaycana köçdüyünü bildirir.

Rusiya Hüseyni axtarışa verib