Türkiyənin məşhur müğənnisi Petek Dinçöz növbəti dəfə Azərbaycana gəlib.
OLAY yazır ki, sənətçi bir neçə gün əvvəl Bakıda restoranların birində çıxış edib, daha sonra mükafat mərasimində səhnə alıb.
Petek ifalarından çox geyimi ilə diqqət çəkib. Belə ki, ifaçı bu ilin aprel ayında Bakıdakı konsertində geyindiyi kürək dekolteli qara libasını təkrar istifadə edib.
Onun paytaxtdakı çıxışı zamanı eyni dona müraciət etməsi təəccüb yaradıb.
Xatırladaq ki, P. Dönçöz sözügedən paltarı ilk dəfə 2016-cı ildə “Altın Kelebek” mükafat mərasimində iştirakı zamanı geyinib.