Video
Video

Azərbaycanda ilk qadın orkestri yaradıldı

Azərbaycanda ilk qadın orkestri yaradıldı

Dünən Azərbaycanda ilk dəfə olaraq xanımlardan ibarət Kamera Orkestrin təqdimatı olub. 

OLAY News24.az-a istinadən yazır ki,  orkestrin yaradıcısı Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, xalq artisti Fidan Hacıyevadır.

Xalq artisti Fidan Hacıyeva yaratdığı orkestrdə böyük perspektiv gördüyünü dilə gətirib: 

“Öz orkestrımın olması ən böyük arzum idi. Çox şükür ki, bu arzuma nail oldum. Böyük proqram hazırlayırıq. İlk çıxışlarımız 15-16 dekabr tarixlərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq. Orada artıq məşqlərə başlamışıq. Orkestrda yer alan qızlar çox peşəkardır. 
Gələn il onlarla birgə Heydər Əliyev Sarayında konsert vermək istəyirəm. Həmçinin çıxışlarımızı müxtəlif ölkələrdə reallaşdırmaq istəyirik. Azərbaycanın ucqar kənd və rayonlarında imkansız uşaqlara təhsil verməklə bərabər həmin yerlərdə fəaliyyət göstərən musiqi müəllimlərinə ustad dərsləri keçməyi arzulayırıq. Vokalist dostlarımın dəstəyi ilə bunu reallaşdıracağıq”.