TV proqram
TV proqram

“Kökəlir, sonra əməliyyata gedir”

“Kökəlir, sonra əməliyyata gedir”

Rəqqasə Fatimə Fətəliyeva “Gəzək, bişirək” proqramının aparıcısı olduqdan sonra kökəlib.

OLAY yazır ki, bu barədə “Səhər mərkəzi” verilişində qonaq olan proqramın keçmiş siması Mətanət Əliverdiyeva danışıb:

“Keçən dəfə Fatimə deyir ki, kökəlmişəm, “Gəzək, bişirək”də yeyirəm. Deyirəm, mən bir il o layihəni apardım, əksinə xeyli çəki atdım. Çünki yemirdim, yesəm nə boyda olardım”.

Aparıcı Afaq Gəncəli isə “Fatimə emosional qadındır. Yəqin emosiaları qalxanda yemək istəyir. Ona görə də kökəlir. Sonra da sən demiş, əməliyyata gedir. Yaxşı ki, çarəsi var. Fatimə, biz səni sevirik”, - deyə, bildirib.