Xalq artisti Cavan Zeynallı tələbəlik illərində yaşadığı xatirələrini bölüşüb.
OLAY yazır ki, bu barədə cazmen “Evinizin qonağı” verilişində danışıb.
“Bir müəllim var idi, hamı ondan qorxurdu. Deyirdilər, təhlükəlidir, 2 yazmağı sevir... Mən imtahana gəldim. Müəllimə dedim ki, Qriqori Mixayloviç, mənə elə gəlir ki, siz mənə 2 verməyəcəksiniz. Dedi ki, kim deyir onu sənə?! Cavab verdim ki, mən sizin sevimli melodiyanı bilirəm. Eşitmişəm ki, siz “Podmoskovnye vechera”nı çalmısız. İndi sizin üçün o mahnını ifa edərəm, sözsüz ki, mənə 2 qoymayacaqsız. Oturdum, başladım, bam, bam, bam... Dedi ki, dayanın, siz məndən yaxşı ifa edirsiz, ona görə də sizə 2 yazmayacam. Və o mənə 4 qoydu, onun 4 yazmağı çox böyük qiymət idi”, - deyə, sənətçi bildirib.