“Şöhrət xəstəsi olan müğənnilər həmişə səhnənin nömrə bir ulduzu olacaqlarını hesab edir. Bu mümkün deyil, yeni nəslin öz qəhrəmanları var”.
OLAY yazır ki, bu sözləri bəstəkar-müğənni Murad Arif “O kimdir?” verilişinə qonaq olarkən deyib.
Sənətçi onun mahnılarına müraciət edən türk müğənnilərdən də söz açıb.
“Ziynet Zali bir çox mahnılarımı oxuyub. Nil Karaibrahimgil isə mənim üçün, həqiqətən, möcüzə idi. Çünki mən o xanımın beynini çox sevirəm. Türkiyənin əsas feministidir, ən kreativ sənətçisidir. Günlərin bir günü Nil mənə zəng edib “mahnınızı ifa etmək istəyirəm” deyəndə, əl-qolum əsdi. Sonra dedim ki, insandır da normaldır”.