TV proqram
TV proqram

“Həyatda ona tay ikinci ər ola bilməz”

“Həyatda ona tay ikinci ər ola bilməz”

Mərhum Xalq artisti Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva sənətkarla bağlı xatirələrindən bəhs edib.

OLAY yazır ki, bu barədə o, “Baku TV”nin yutub layihəsində danışıb.

“Habilin elə bir ürəyi var idi ki, küçədə bir uşağın əynindəki paltarı köhnə görəndə ağlayırdı. Həyatda ikinci ona tay olan həyat yoldaşı ola bilməz. Ailəyə, övladlarına bağlı, qadına hörmət edən biri idi. Həddən artıq qısqanc adam idi. 4 ay işlədim, qoymadı sonra işləməyə. Mən isə qısqanmırdım, deyirdi ki, məni istəmirsən, ona görə qısqanmırsan. Deyirdim yox, sənə çox inanıram, buna görə qısqanmıram...”.