Müğənni Lolita Milyavskaya Rusiyanı tərk edən SSRİ Xalq artisti Alla Puqaçovanı tənqid edənlərə qarşı sərt danışıb.
OLAY yazır kiI, Lolita höküməti “Primadonna” və ailəsinə qarşı təqiblərə son qoymağa çağırıb:
“İndi hamımız şahidi oluruq ki, ən böyük adlar, sevimli məşhur ailələr bir saniyədə məhv olur. Sonra tamaşaçılar deyir: "Bəli, biz səni heç sevmirdik””,- deyə Lolita qəzəbini dilə gətirib.
Qeyd edək ki, Alla Puqaçova sentyabrın sonunda uşaqları ilə birlikdə Rusiyanı tərk edib. İndi o, İsraildədir.