Türkiyədə səs-küyə səbəb olan “Maske, kimsin sen?” şousunun bu gün finalıdır.
OLAY yazır ki, ekran işinin son bölümü FOX kanalında təqdim olunacaq. Maska altında olazn altı məşhur birincilik uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sözügedən layihə ilə bağlı sənəd imzalamışdı. Bundan başqa müsabiqənin satanizm və paqanizmi təbliğ etdiyi iddia edilmiş, sosial şəbəkələrdə kampaniya aparılmışdı.
Proqram barədə Türkiyənin Radio və Televiziya Şurası - RTÜK açıqlama yayaraq yoxlama başladığını bildirmişdi.
Orijinal versiyası “Masked Singer” adlanan yarışmanın formatına uyğun olaraq məşhurlar maska və kostyumlardan istifadə etməklə özlərini gizləyərək mahnı səsləndirir. Münsiflərlə tamaşaçılar isə performansları dəyərləndirərək onların kim olduqlarını təxmin etməyə çalışır.
“Maske, kimsin sen?”in aparıcısı Tansel Öngel, münsifləri isə Eda Ece, Melis Sezen, Alican Yücesoy və Doğu Demirkoldur.