Olay
Olay

“Fox”dan satanizm təbliğatı iddialarına reaksiya

“Fox”dan satanizm təbliğatı iddialarına reaksiya

Fox TV-də efirə başlayan “Maske kimsin sen?” yarışması barədə yaranan qalmaqala yayımçı kanal reaksiya verib. 

OLAY yazır ki, müzakirəyə səbəb olan müsabiqənin satanizm və paqanizmi təbliğ etdiyi iddia olunsa da, “Fox” dünyanın sözügedən şounu izlədiyini vurğulayıb.

Hətta, TV verilişin 3-cü bölümündə dünya ölkələrinin adlarını sadalayaraq Amerikadan Avropaya, Asiyadan Afrikayadək hər kəsin həmin layihəyə diqqət yetirdikləri vurğulanıb.

Kanal, həmçinin Azərbaycanın da adını vurğulayaraq “Maske, kimsin sen?” yarışmasının fenomen olduğuni xatırladıb. 

Qeyd edək ki, proqram barədə Türkiyənin Radio və Televiziya Şurası - RTÜK açıqlama yayaraq yoxlama başladığını bildirmişdi. 

“Maske, kimsin sen?”in aparıcısı Tansel Öngel, münsifləri isə Eda Ece, Melis Sezen, Alican Yücesoy və Doğu Demirkoldur.

Orijinal versiyası “Masked Singer” adlanan yarışmanın formatına uyğun olaraq məşhurlar maska və kostyumlardan istifadə etməklə özlərini gizləyərək mahnı səsləndirir. Münsiflərlə tamaşaçılar isə performansları dəyərləndirərək onların kim olduqlarını təxmin etməyə çalışır.