Fotosessiya
Fotosessiya

“Maske, kimsin sen?” yarışması qalmaqal yaratdı

“Maske, kimsin sen?” yarışması qalmaqal yaratdı

Yeni ilin ilk günü FOX TV-də start götürən “Maske kimsin sen?” yarışması qalmaqal yaradıb.

OLAY yazır ki, müzakirəyə səbəb olan müsabiqə sosial media istifadəçilərini iki yerə ayırıb. Bəziləri proqramı bəyənsə də, digər qism verilişə sərt reaksiya verərək satanizm və paqanizmin təbliğatı getdiyini vurğulayıb. Onlar #foxtvhaddinibil həşteqi ilə yüzlərlə paylaşım ediblər.

Paylaşımlardan sonra Türkiyənin Radio və Televiziya Şurası - RTÜK açıqlama yayaraq veriliş haqda yoxlama başladığını bildirib.

Orijinal versiyası “Masked Singer” adlanan yarışmanın formatına uyğun olaraq məşhurlar maska və kostyumlardan istifadə etməklə özlərini gizləyərək mahnı səsləndirir. Münsiflərlə tamaşaçılar isə performansları dəyərləndirərək onların kim olduqlarını təxmin etməyə çalışır.

Qeyd edək ki, “Maske, kimsin sen?”in aparıcısı Tansel Öngel, münsifləri isə Eda Ece, Melis Sezen, Alican Yücesoy və Doğu Demirkoldur.