Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan FOX kanalında yayımlanan “Maske, kimsin sen?” yarışma proqramına reaksiya verib.
OLAY yazır ki, bu barədə ölkənin rəsmi qəzetində məlumat verilib. Bildirilib ki, şou ilə bağlı Prezident imzası olan sənəd imzalanıb.
Vurğulanıb ki, konstitusiyada yer alan qanunlara əsasən, sanksiyalar tətbiq olunması barədə qurumlara göstəriş verilsin.
Xatırladaq ki, müsabiqənin satanizm və paqanizmi təbliğ etdiyi iddia edilmiş, sosial şəbəkələrdə kampaniya aparılmışdı.
Proqram barədə Türkiyənin Radio və Televiziya Şurası - RTÜK açıqlama yayaraq yoxlama başladığını bildirmişdi.
“Maske, kimsin sen?”in aparıcısı Tansel Öngel, münsifləri isə Eda Ece, Melis Sezen, Alican Yücesoy və Doğu Demirkoldur.
Orijinal versiyası “Masked Singer” adlanan yarışmanın formatına uyğun olaraq məşhurlar maska və kostyumlardan istifadə etməklə özlərini gizləyərək mahnı səsləndirir. Münsiflərlə tamaşaçılar isə performansları dəyərləndirərək onların kim olduqlarını təxmin etməyə çalışır.