Türkiyənin ATV telekanalında yayımlanan “Müge Anlı ilə tatlı sert” proqramında müğənni Sinan Akçıl qonaq olub.
OLAY yazır ki, o, Mustafa Ceceli və Merve Özbey ilə ifa etdiyi “Durum çok acil” adlı mahnısını verilişin aparıcısı Müge Anlıdan ilhamlanaraq hazırladığını söyləyib.
Studiyada mahnı səslənərkən proqramın əvvəlki buraxılışlarından fraqmentlər yayımlanıb. Həmçinin, Müge də mahnını müğənnilərlə bərabər ifa edib.
Qeyd edək ki, Akçılın sözügedən mahnını boşanma ərəfəsində olduğu xanımı Burcu Kıratlıya yazdığı düşünülmüşdü.