Olay
Olay

Müge Anlının verilişinə çıxan şəxs intihar etdi

Müge Anlının verilişinə çıxan şəxs intihar etdi

Ötən günlərdə “Müge Anlı ile tatlı sert” proqramına qatılaraq həyat yoldaşını axtaran Serkan Kıyak intihar edib.

OLAY yazır ki, 32 yaşlı Serkan yaşadığı evində özünü asıb. O, bütün dostları ilə halallaşandan sonra bu addımı atıb.

Qeyd edək ki, bir neçə gün öncə Müge Anlının proqramına çıxan Serkan həyat yoldaşından günlərdir xəbərsiz olduğunu bildirib. Telefona verilişə bağlanan həyat yoldaşı isə onu istəmədiyini, başqası ilə qaçdığını etiraf edib.

“Əməyimin qarşılığı budur? Məni 4-5 dəfə aldatdın, bağışladım. Qayıt gəl! Yenə də bağışlayaram. Mən səni sevdim, sənə neyləmişəm? Yaşaya bilmərəm”, - deyə, Serkan ağlayaraq Müge Anlıya şikayətlənib.

Onu da bildirək ki, cütlüyün 2 yaşlı övladları var.