Fotosessiya
Fotosessiya

Sinan ayrılığı təsdiqlədi, başqa evdə yaşayır

Sinan ayrılığı təsdiqlədi, başqa evdə yaşayır

Ötən fevralda ikinci dəfə evləndiyi Burcu Kıratlı ilə ayrılmaq ərəfəsində olduğu deyilən müğənni Sinan Akçıl iddiaları təsdiqləyib.

OLAY yazır ki,  mövzu ilə bağlı “Hürriyyət”ə danışan Akçıl “Evdən ayrılmışam, amma problemi həll etməyə çalışırıq. Qalan iddiaların hamısı yalandır, əsassızdır”, - deyə o bildirib:

“Bunlar hər evlilikdə ola biləcək böhranlardır. Hər gün danışırıq, bir-birimizi başa düşməyə çalışırıq. Hazırda köçdüyüm 4-cü Leventdəki böyük mənzili ikinci toydan əvvəl Burcuya qoyub, özüm ayrı yerə köçdüm. Amma sonda hansı qərarı verəcəyimizi indi bilmirəm. Bu boşanma da ola bilər, evliliyi eyni dam altında davam etdirmək də ola bilər. Burcu sevdiyim və iki dəfə evləndiyim qadındır.

Onun məndə yeri danılmazdır. İkinci dəfə evlənəcək qədər dəyər verdiyim biridir”.

Qeyd edək ki, 2018-ci ildə Kıratlı ilə ailə quran və 9 ay evli olduqdan sonra boşanan Sinan Akçıl 2021-ci ilin fevralında keçmiş həyat yoldaşı ilə ikinci dəfə evlənib. Ancaq cütlük haqqında evliliklərinin ilk ili bitməmiş yenidən ayrılacaqları iddiaları irəli sürülüb. 

Burcunun ögey atası Kenan Erçetingözün ad gününə tək qatılması və barmağında nikah üzüyü olmaması bu iddiaları gücləndirib.