Mərhum müğənni Emi Uaynhausun əşyaları satışa çıxarılır.
OLAY xarici KİV-ə istinadən yazır ki, onun əşyaları Los-Ancelesdə sərgilənir. Satış həm də internet üzərindən reallaşacaq. Ümumilikdə sərgidən 50 min dollar gəlir əldə edilməsi gözlənilir.
Həmin məbləğ isə “Emi Uaynhaus” vəqfinə bağışlanacaq. Sərgidə mərhumun ayaqqabıları, eynəkləri, paltarları bazarlanır. Bununla yanaşı, E. Uaynhausun son konsertində geyindiyi libas da satılır.
Qeyd edək ki, müğənni 2011-ci ildə vəfat edib.