Xalq artisti Nəzakət Teymurova bir ay əvvəl ailə üzvləri ilə birgə işğaldan azad olunmuş Ağdam rayonuna yola düşüb.
OLAY yazır ki, sənətçi yaşlı anası ilə atasının məzarını ziyarət edib. Onların həmin dəqiqələri “Ağdam və mən” silsilə verilişinin “Qaragilə” buraxılışında yer alıb.
Xanəndə bununla bağlı yeni paylaşım edib və bu sözləri yazıb:
“Məni, yaşlı anamı o torpaqlara apardınız. Bu torpaqları bizə qaytaran Ali Baş Komandanıma, müzəffər orudmuza təşəkkür etmişəm, hər gün də edəcəm. Allah şəhidlərimizə rəhmət etsin. Atamın ruhu ilə həmişə ürəyimdə danışmışam, bu dəfə məzarı başında ona hesabat verdim. Düşmən viran qoysa da, Ağdamım öz sahibində idi. Buna görə də bu xarabalıqda gələcək cənnətin qoxusunu hiss etdim. Bu cənnəti qüdrətli dövlətimiz Ağdamda quracaq”.